Press "Enter" to skip to content

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində 332 müəssisə var

Faiq Xudanlı

Son yeniləmə: 29 Aprel 2024 10:53

BAYRAQDAR MEDİA – “Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində 332 müəssisə var. Onlardan 98-i Sabirabad, 82-si Saatlı, 80-i İmişli, 72-si Beyləqan rayonunda yerləşir”.

Bunu Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı deyib.

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın keçirdiyi Mil-Muğan Regional Mədəniyyət İdarəsinə tabe mədəniyyət müəssisələri üzrə ictimai dinləmə zamanı çıxışında F.Xudanlı bir çox məqamlara toxunub: “F.Xudanlı qeyd edib ki, ümumilikdə kitabxanalar üzrə 189 müəssisə, klub müəssisələri üzrə 128 müəssisə, təhsil müəssisələri üzrə 5 müəssisə, Heydər Əliyev Mərkəzləri üzrə 4 müəssisə, Tarix-Diyarşünaslıq Muzeyləri üzrə 4 müəssisə və 2 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir.

Eyni zamanda, regionu əhatə edən rayonlarda müxtəlif kollektivlər fəaliyyət göstərir. Bu kollektivlərdən 6-sı instrumental ansamblı, 4-ü xalq çalğı alətləri ansamblı, 3-ü Folklor kollektivi, 4-ü Xor kollektivi, 1-i Pəhləvanlar kollektivi, 2-si Xalq teatrı olaraq fəaliyyət göstərir”.

Faiq Xudanlı onu da qeyd edib ki, İdarə tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq regionda ilk çoxfunksiyalı, müasir tələblərə cavab verən, gənclərin asudə vaxtının səmərəli təşkili və regionda mütaliəyə olan marağın artırılması məqsədi ilə nümunəvi “Hophopnamə” Kitab Mərkəzi yaradılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.