Press "Enter" to skip to content

“Nar”dan sərfəli smartfon təklifi

Müştərilər BirKart ilə ödəniş edərkən Xiaomi və ya Tecno modellərini ayda cəmi 14,4 manatdan başlayaraq əldə edə bilərlər

Son yeniləmə: 29 Aprel 2024 13:32

BAYRAQDAR MEDİA – Müştərilərinə sərfəli qiymətlər təklif edən “Nar” satış və xidmət mərkəzlərində Xiaomi və Tecno smartfonlarının ən məhşur modellərini təqdim edir.

BAYRAQDAR MEDİA-ya bu barədə daxil olan məlumatda deyilir: “Qeyd edilən smartfonları nağd ödəniş və ya BirKart ilə aldığınız təqdirdə, 10%-ə qədər xüsusi endirim əldə edəcəksiniz. Digər bir üstünlük isə, bu smartfonların alıcılarına 12 ay pulsuz mobil internet və bir illik zəmanət verilməsidir. Bundan əlavə, operatorun sərfəli qiymət strategiyasına uyğun olaraq, müştərilər BirKart ilə ödəniş edərkən Xiaomi və ya Tecno modellərini ayda cəmi 14,4 manatdan başlayaraq əldə edə bilərlər. Təklif edilən ən sərfəli cihazın qiyməti cəmi 184.9 manatdır”.

Məlumata görə, “Nar” mağazalarında smartfon satışı ilə yanaşı, mobil telefonlar üçün müxtəlif cihaz və aksessuarlar, telefon nömrələrinin satışı və bərpası, eləcə də digər xidmətlər təklif olunur: “Operatorunmüştəriyönümlükstrategiyasınauyğunolaraq, “Nar” abunəçiləri bu yüksək keyfiyyətli xidmətlərdən sərfəli qiymətə yararlana bilərlər.”Nar” mağazalarının siyahısı və təklif olunan xidmətlər haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.