Press "Enter" to skip to content

Ömer Halisdemirin qardaşı Bakıda

Doğan Halisdemir (ortada)

BAYRAQDAR MEDİA – 2016-cı il 15 iyulda qardaş Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı qəhrəmancasına şəhid olan Ömər Halisdemirin qardaşı Doğan Halisdemir aprelin 28-də Bakıya gəlib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 29-da səfərin təşkilatçısı, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Məlumata görə, Doğan Halisdemiri Heydər Əliyev adına hava limanında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli və bir zamanlar Ömər Halisdemirlə birgə təlimlərdə iştirak etmiş XTQ mənsubu, qazi Famil Fərəcov qarşılayıb.

E.Həsənli deyib ki, qonaq Bakıda bir sıra görüşlər keçirəcək: “Hərbiyönümlü QHT-lər və rəsmi şəxslərlə görüşəcək, Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət edəcək. Xatırladım ki, 2016-cı ildə Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı Ömer Halisdemir Xüsusi Təyinatlı Qüvvələr komandanlığında vəzifəsini yerinə yetirərkən komandanlığı ələ keçirməyə çalışan FETÖ-cü briqada generalı Semih Tərzini zərərsizləşdirib. Bundan sonra çevrilişə cəhd edənlərlə qeyri-bərabər döyüşə girib və çevriliş tərəfdarı tərəfindən qətlə yetirilib. Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Halisdemirler ailəsinə xüsusi diqqəti var. Şəhidin adı əbədiləşdirilib. Onun adına park, küçə, lisey və universitet var. Muzeyi təsis olunub”.

Bu səfər də məhsuldarlığı ilə fərqlənir

Bu məqamda qeyd edək ki, Emin Həsənli 2024-cü ilin yanvarında və martında qardaş Türkiyəyə səfəri zamanı Ömer Halisdemirin məzarını ziyarət edib, onun ailəsi ilə görüşüb, adını daşıyan parkı, liseyi ziyarət edib və muzeyində olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.