Press "Enter" to skip to content

Avropa Birliyi Moldovanın yanındadır

Maya Sandu və Şarl Mişel

BAYRAQDAR MEDİA – Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Moldovanın quruma üzvlüyü yolunda dəstəyi davam etdirəcəklərini deyib.

Özünün X hesabında paylaşım edən Ş.Mişel deyib ki, “Moldova Avropa Birliyi ailəsinə doğru özünün tarixi yolundadır. Mən [Moldova] Prezidenti Maya Sanduya bizim tam dəstəyimizi təkrar etdim və Moldovanın gerçəkləşdirdiyi diqqətədəyər islahatları təqdir edirəm”.

Ş.Mişel daha sonra qeyd edib: “Biz həmçinin sizin ölkənizi Avropa yolundan döndərmək üçün Rusiyanın gerçəkləşdirdiyi dağıdıcı hibrid əməllərinə və dezinformasiya kampaniyalarına qarşı mübarizənizdə yanınızdayıq. Moldovanın gələcəyi Avropa Birliyindədir və biz bu cəhdinizdə sizin yanınızdayıq”.

Qeyd edək ki, Moldovanın getdikcə Avropa Birliyinə daha da yaxınlaşması bu ölkənin içindəki Rusiya uzantılarını hərəkətə keçirib. Hələ də Rusiyanın nəzarətində olan, rusların yaşadığı Dnestryanı bölgə açıq şəkildə dirəniş göstərir. Daha bir dirənişi isə, təəssüf ki, türk soyundan gələn gagauzlar göstərir. Gagauz Yerinin rəhbərliyi açıq şəkildə bəyan edir ki, Moldova Avropa Birliyinə qoşularsa, onlar buna qarşı çıxacaqlar. Eyni zamanda o da bəllidir ki, Gagauziya açıq şəkildə Moskvanın əlinə oynayır…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.