Press "Enter" to skip to content

Bolqarıstan vətəndaşları təngə gəlib

Sofiya

Son yeniləmə: 30 Aprel 2024 15:57

Ölkədə baş verən siyasi proseslərdən

BAYRAQDAR MEDİA – Bolqarıstanda baş verən son siyasi proseslər, xüsusilə də siyasi gərginliyin səngiməməsi ölkə vətəndaşlarını təngə gətirib.

Radio Bolqarıstan xəbər verir ki, bunu ölkədə keçirilən sosioloji sorğunun nəticələri təsdiq edib.

Məlumata əsasən, “Exacta” ictimai rəyin öyrənilməsi agentliyi tərəfindən aprelin 11-dən 18-dək ölkə ərazisində rəy sorğusu keçirilib: “Sorğuda iştirak edənlərin 91 faizi Bolqarıstan vətəndaşlarının əksəriyyətinin ölkədə baş verən son siyasi hadisələrə nifrət etdiyi qənaətindədir”.
Məlumata əsasən, rəy sorğusunda iştirak edənlərin üçdə ikisi qarşıdan gələn seçkilərdə iştirak nisbətinin 2023-cü ilin aprelindəki 41 faizdən aşağı olacağını gözlədiklərini deyiblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.