Press "Enter" to skip to content

“Dramaturgiya və dram nəzəriyyəsi” dərsliyinin təqdimatı

Təqdimatdan görüntü

BAYRAQDAR MEDİA – Aprelin 29-da Azərbaycan Yazıçılar Birliyində (AYB) Şəbnəm Tofiqqızının “Dramaturgiya və dram nəzəriyyəsi” kitabının təqdimat mərasimi keçirilib.

Kitab ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunacaq. Dərslik dram nəzəriyyəsi və dramaturgiyadan bəhs edir, dörd bölmədən ibarətdir. Birinci bölmə ədəbi növ və janrlar, ikinci bölmə dram nəzəriyyəsi, üçüncü bölmə müəllifin qələmə aldığı pyeslər, dördüncü bölmə isə onun tərtib etdiyi kiçik səhnəcikləri əhatə edir.

Təqdimatda qazilər, şairlər, yazıçılar, jurnalistlər, tələbələr iştirak edib.

Ədəbiyyatşünas alim, Prof. Dr. Asif Rustəmli bildirib ki, “Şəbnəm xanım sözün fəzasında ulduz kimi yanan qələm əhlindən biridir. Çoxsaylı şeirlərinə mahnılar bəstələnib. Gənc mütəxəssislər və tələbələr bu kitabda dram nəzəriyyəsi, strukturu və digər məsələlər ilə bağlı məlumat əldə edə bilər”.

Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət isə qeyd edib ki, “indiki dövrdə gənclərin tərbiyəsində dram əsərlərinin böyük rolu var. Bəzən görürük ki, gənclər pis vərdişlərə meyillənir. Bu da cəmiyyətə çox böyük zərər verir. Teatra, dram əsərlərinə marağın olması sevindirici haldır. Hər zaman inanmışam ki, teatra marağı olan şəxslər cəmiyyətə zərərli ola bilməz”.

Qeyd edək ki, hazırda Şəbnəm Tofiqqızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə pedaqoji fəaliyyət göstərir. O, həm də ssenarilər yazır, dram əsərləri, bu sahədə nəzəriyyə ilə məşğuldur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.