Press "Enter" to skip to content

İctimai rəy sorğusunun nəticələri

Seçkidən öncə rəy sorğusu keçirilib

Son yeniləmə: 30 Aprel 2024 15:56

BAYRAQDAR MEDİA – Bolqarıstanda iyunun 9-da keçiriləcək ümumi seçkilərlə əlaqədar rəy sorğusu keçirilib.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, “rəy sorğusu “Exacta” ictimai rəyin öyrənilməsi agentliyi tərəfindən aprelin 11-dən 18-dək keçirilib. Rəy sorğusu Bolqarıstanın 70 yaşayış məntəqəsində yaşayan 1020 yetkinlik yaşına çatmış vətəndaş arasında birbaşa “üz-üzə” müsahibə yolu ilə aparılıb”.

Məlumata əsasən, rəy sorğusunda iştirak edən və seçkilərə gedəcəklərini açıqlayan Bolqarıstan vətəndaşlarının 25,9 faizi GERB-SDS, 16 faizi PP-DB, 14 faizi DPS, 13,8 faizi Vazrajdane-yə səs verəcəklərini açıqlayıb. Həmçinin respondentlərin 9,6 faizi BSP-yə 9,6 faiz və 5,2 faizi ITN-ə səs verəcklərini bildiriblər: “Respondentlərin 78 faizi qarşıdan gələn seçkilər üçün “2-in-1” formulunu dəstəkləyir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.