Press "Enter" to skip to content

Kitab tanıtma: “Azərbaycan Cümhuriyyəti bədii nəsrdə”

Azərbaycan Cümhuriyyəti bədii nəsrdə

Son yeniləmə: 30 Aprel 2024 18:34

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlər sırasında filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədlinin “Azərbaycan Cümhuriyyəti bədii nəsrdə” monoqrafiyası da var.

2009-cu ildə “Elm və Təhsil” nəşriyyatında çap olunmuş monoqrafiyada XX əsr bədii nəsrində Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) həsr olunmuş ədəbi-bədii örnəklər təhlil olunub.

Nəşrə filologiya elmləri doktoru, Prof. Qara Namazovun yazdığı “Vətən sevgisi ilə” adlı giriş hissədə qeyd edilir: “Monoqrafiyanın diqqəti çəkən məqamlarından biri burada ədəbi-bədii əsərlərin tarixi-siyasi hadisələrin fonunda təqdim olunmasıdır. Başqa sözlə, müəllif təhlilə cəlb etdiyi bədii örnəkləri tarixi qaynaqlarla müqayisəli şəkildə dəyərləndirməyə üstünlük vermişdir ki, bu da araşdırmanın əhatə dairəsini, elmi tədqiqat hüdudlarını genişləndirmişdir. Monoqrafiyada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yazılan bədii nəsr örnəkləri əhatəli təhlilini tapmışdır. Tədqiqatçı janr fərqini nəzərə almadan Cümhuriyyət həyatının təcəssümü prinsipi ilə mövcud bədii əsərləri elmi-nəzəri təhlil süzgəcindən keçirmişdir. Onu da qeyd edək ki, monoqrafiya zəngin elmi-bədii faktlar və qaynaqlar əsasında qələmə alınmışdır. Müəllifin bəhrələndiyi mənbələrin bir qismi ilk dəfə olaraq tədqiqata cəlb edilmişdir”.

Kitabda “Cümhuriyyət dövrü və bədii nəsr”, “Sovet dövrü bədii nəsrində Cümhuriyyət mövzusu”, “Azərbaycan mühacirət ədəbiyyatında Cümhuriyyət dövrünün bədii əksi”, “Müstəqillik dövrü bədii nəsrində Cümhuriyyət həyatının təsviri” və s. kimi başlıqlarda yazılar yer alıb.

Qeyd edək ki, nəşrin elmi redaktoru və ön sözün müəllifi Q.Namazov, rəyçisi isə filologiya elmləri doktoru, Prof. Vaqif Sultanlıdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.