Press "Enter" to skip to content

MEDİA-da Sığortaçıların icraçı direktoru ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev arasında görüş keçirilib.

Bu haqda MEDİA-nın yaydığı xəbərdə bildirilir.

Xəbərdə qeyd edilir ki, “görüş zamanı Ə.İsmayılov Azərbaycanda media sahəsində həyata keçirilən islahatların gedişatından danışıb, cəmiyyətin, eləcə də media subyektləri və jurnalistlərin sığorta sektoru ilə bağlı məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. E.Mirsalayev isə son illər sığorta sektorunda aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən danışıb, birgə layihələrin icrasının xüsusi önəm daşıdığını bildirib”.

Görüşdə ikitərəfli əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.