Press "Enter" to skip to content

“Nar”dan hər kəsə sərfəli günlük internet paketləri

Son yeniləmə: 30 Aprel 2024 10:34

BAYRAQDAR MEDİA – Sərfəli qiymət biznes istiqamətinə sadiq qalan “Nar” hər kəs üçün geniş seçim yaradan 6 növ günlük və həftəlik internet paketlərini təqdim edir.

BAYRAQDAR MEDİA-ta verilən məlumata görə, qısamüddətli internet istifadəsi üçün nəzərdə tutulan 1 günlük internet paketlərinin qiyməti 300 MB üçün 80 qəpik, 1GB üçün 1,40 manat və 1,5GB üçün 1,90 manatdır: “Üstəlik, 1GB-lıq və 1,5GB-lıq günlük paketlərdən istifadə edənlər eyni müddət ərzində “WhatsApp”dan pulsuz istifadə edə bilər”.

Məlumatda deyilir ki, “Nar” abunəçilər eyni zamanda 7 günlük internet paketlərini də seçə bilərlər: “Bu paketlərin qiyməti 1GB üçün 3 manat, 1,5GB üçün 3,30 manat və 3GB üçün 5 manat kimi dəyişir. Bütün 7 günlük internet paketlərində “WhatsApp” yazışmaları pulsuzdur. İnternet paketləri haqqında daha ətraflı məlumat əldə etmək və sizə uyğun ən sərfəli internet paketini seçmək üçün nar.az/senin-ucun/internet-paketleri/ səhifəsinə keçid edə bilərsiniz”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.