Press "Enter" to skip to content

Şapur Ənsəri Cəbrayıl və Şuşaya səfər edib

Şapur Ənsəri

Son yeniləmə: 30 Aprel 2024 15:56

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan tanınmış həkim-cərrah Şapur Ənsəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Cəbrayıl rayonu və Şuşa şəhərinə səfər edib. Həmyerlimizin səfərinin ilk ünvanı Xudafərin körpüsü olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Komitədən məlumat verilib.

Bildirilib ki, “həmyerlimiz azərbaycanlıların bu günü illərdir həsrətlə gözlədiyini deyib. O, “Biz azərbaycanlılar bu günü çox həsrətlə gözləmişik, nəhayət Arazın bu tayındayıq. Tarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldı, müzəffər ordumuz onu əsl sahibinə qaytardı” deyə qeyd edib.Daha sonra nümayəndə heyəti ilə birlikdə Şuşa şəhərinə yollanan Şapur Ənsəri Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvanın dağıdılmış ev muzeyini, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Aşağı Gövhər ağa məscidini, Şuşa qalasını, Cıdır düzünü ziyarət edib”.

Məlumata əsasən, qonaqları müşayiət edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Beynəlxalq münasibətlər və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova şəhərdə bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib, qonaqlar həyata keçirilən işlərlə tanış olublar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.