Press "Enter" to skip to content

Amerikalı ekspertdən ABŞ-yə sitəm

Səfir və xanımı Qırmızı qəsəbədə

BAYRAQDAR MEDİA – ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi xanımı ilə birlikdə Qubanın yəhudilər yaşayan Qırmızı qəsəbə yaşayış məntəqəsinə səfər edib. Səfirlik bununla bağlı sosial mediada paylaşım edərək səfər təəssüratlarını bölüşüb.

Paylaşımda deyilir ki, səfir və xanımı Danusia Libbi yəhudilərin Pesax bayramı münasibəti ilə Quba bölgəsinə gedib. Onlar burada dağ yəhudi icmasının nümayəndələri ilə görüşüblər. Qeyd olunur ki, bu səfərin məqsədi həm də ABŞ tərəfinin kəndə uzun müddətli dəstəyini və yaxın dostluğunu ifadə etmək olub. Səfər çərçivəsində səfir və xanımı kəndi gəzib, sinaqoqlarda olub, muzeyə baş çəkib, Tağlı körpünü görüb.

ABŞ səfirliyinin bu paylaşımına okeanın o tayından, elə ABŞ-dən reaksiya gəlib. Azərbaycanda da yaxşı tanınan ekspert, Prof. Brenda Şaffer sosial media hesabında paylaşım edərək bir sıra sualları diqqətə çatdırıb.

Brenda Şaffer qeyd edib ki, Azərbaycan islam aləmində ən böyük yəhudi icmasına sahibdir. Eyni zamanda burada nəzərə çarpacaq xristian icmaları da var. Lakin buna baxmayaraq ABŞ Beynəlxalq Din Azadlıqları Komissiyası Azərbaycanı bu istiqamət üzrə nəzarət siyahısına daxil edib. Səbəb də odur ki, Azərbaycan İrana bağlı müsəlman ekstremistlərin həmin ölkədən maliyyə almasını və məscidlərdə işləməsini əngəlləyir.

“Siz belə edə bilməzsiniz!”, – deyə Brenda Şaffer qeyd edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.