Press "Enter" to skip to content

Güneyli milyarder edam cəzasından azad olundu

Babək Zəncani

Son yeniləmə: 1 May 2024 09:20

BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Zəncan şəhərindən olan iş adamı və milyarder Babək Zəncani İranı idarə edən fars-molla rejiminin rəhbəri Əli Xameneyinin razılığı ilə edam cəzasından azad edilib.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “ölüm cəzası 20 illik həbslə əvəz edilib”.

Məlumata görə, milyarder İran neftinin satışından əldə olunan vəsaitlərin israf edilməsində təqsirli bilinərək 2013-cü ildə həbs olunub. 2016-ci il martın 6-da isə ölüm cəzasına məhkum edilmişdi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.