Press "Enter" to skip to content

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

“Nar” Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün mobil rabitə təlimlərini davam etdirir

Son yeniləmə: 1 May 2024 10:59

BAYRAQDAR MEDİA – Sərfəli qiymətləri və hər kəsə uyğun təklifləri ilə tanınan “Nar” təhsil istiqamətində uzunmüddətli sosial layihələrinə davam edir.

BAYRAQDAR MEDİA-ya verilən məlumat görə, Azərbaycanın mobil rabitə sahəsinin yerli peşəkarlara dayanaraq inkişaf etməsi üçün “Nar” Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün mobil rabitə təlimlərini davam etdirir.

Məlumata əsasən, “Nar” və Azərbaycan Texniki Universitetinin (AzTU) 10 ilə yaxındır ki, davam edən əməkdaşlığıçərçivəsində universitetin texniki istisaslar üzrə təhsil alan tələbələri “Nar” texniki heyətinin təşkil etdiyi rabitə təlimlərində iştirak edir, “Nar” laboratoriyasında əyani dərslər keçir və “Nar”ın təcrübə proqramına qoşulur: “Qeyd edək ki, “Nar”ın texniki heyəti yerli peşəkarlardan formalaşır və bu tendensiyanı qorumaq məqsədilə, “Nar” ilin əvvəlində daha bir texniki istiqamətdə ixtisaslaşmış ali təhsil müəssisəsi – Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb. “Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından əldə edə bilərsiniz”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.