Press "Enter" to skip to content

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 1 May 2024 09:49

BAYRAQDAR MEDİA – Aprelin 29-30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilən “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Təlimlərdə QHT-lərin bilik və bacarıqları artırılıb, praktiki qrup işləri təşkil olunub
Təlimlərdə QHT-lərin bilik və bacarıqları artırılıb, praktiki qrup işləri təşkil olunub

Bildirilib ki, “2 gündür davam etmiş təlimlərdə “Layihələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi”, “Layihə tərəfdaşlarının, hədəf qrupları və benefisiarlarının təyin edilməsi və onların gözləntiləri”, “Layihənin icra planının hazırlanması” və s. kimi mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb, praktiki qrup işləri təşkil olunub.

Tədbir zamanı
Tədbir zamanı

Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspert aparıb. Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin sertifikatları təqdim olunub”.

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib, bu proqramlarda indiyədək 300-dən çox QHT iştirak edib.

Uğurlu nəticə göstərən QHT-lərə Agentliyin sertifikatları təqdim olunub
Uğurlu nəticə göstərən QHT-lərə Agentliyin sertifikatları təqdim olunub

Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.