Press "Enter" to skip to content

Nazir müavini Ankarada səfərdədir

Nümayəndə heyəti qardaş ölkədə

BAYRAQDAR MEDİA – Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş Türkiyənin Ankara şəhərində səfərdədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “aprelin 29-da nümayəndə heyəti Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Erkan Kayalar, Türkiyə milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüş keçirib. Görüşlər zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb”.

Aprelin 30-da nümayəndə heyəti Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb. Görüşdə Türkiyə–Azərbaycan Universitetinin (TAU) fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.