Press "Enter" to skip to content

TRT 60 yaşında

TRT-nin Ankaradakı mərkəz binası

Son yeniləmə: 1 May 2024 15:32

BAYRAQDAR MEDİA – Mayın 1-də qardaş Türkiyənin ilk və bir nömrəli radio-televiziya kanalı olan Türkiyə Radio Televiziya Qurumu – TRT-nin 60 yaşı tamam olur.

Qeyd edək ki, TRT Türkiyənin 1961-ci il Konstitusiyasının 121-ci maddəsinə əsasən çıxan 24.12.1963 tarixli və 359 saylı qanunla Türkiyə Cümhuriyyətinin mülkü olaraq 1 may 1964-cü il tarixində qurulub. Həmin qanuna əsasən, radio-televiziya ilə bağlı bütün hüquqlar TRT-yə məxsus olub. Görülən işlər nəticəsində ilk test yayımı 31 yanvar 1968-ci il tarixində axşam saatlarında paytaxt Ankaradan həyata keçirilib.

Yəni TRT 31 yanvar 1968-ci ildə Anakara Mithatpaşa kücəsindəki bir binanın zirzəmisində hazırlanan studiyada izləyicisi ilə görüşüb. TRT spikeri Nuran Devresin “Hörmətli izləyicilər, bu, 3-cü band 5-ci kanaldan sınaq yayımı edən Ankara televiziyasıdır. Bu gün, 31 yanvar 1968-ci ildə bu axşam sınaq yayımına başlayırıq” sözləri ilə Türkiyədə televiziya çağı başlayıb.

Daha sonra 1970-ci ildə İzmir, 1971-ci ildə isə İstanbul studiyaları istifadəyə verilib. İlk qardaş kanalı TV 2 açılana kimi (daha sonrakı adları TRT 2 və TRT Haber) TRT 1 sadəcə TRT adlanıb.

TRT inkişaf edən yayım texnologiyası ilə birlikdə 1982-ci ildə qismən, 1984-cü ildə isə tam rəngli yayıma keçib.

1982-ci ildə “Eurovision” bağlantı mərkəzi istifadəyə verilib.

TV 1 olan adı 1993-cü ildə TRT 1 olaraq dəyişdirilib.

TRT 19 may 2012-ci il tarixində loqo, intro və görüntü ölçüsünü dəyişərək 16:9 (geniş ekran) formatlı yayıma keçib. Həmin gündən HD keyfiyyətində yayımlanan TRT 1 HD kanalı açılıb.

Bu gün TRT 18 televiziya kanalı, 17 radio stansiyası, trt.net.tr və 41 dildə hazırlanan www.trtvotworld.com adlı veb saytları, teletekst yayımı, “Televiziyon”, “TRT Çocuk”, “Radyovizyon” adlı jurnalları ilə Türkiyəyə və dünyaya xitab edir.

Onu da qeyd edək ki, 1988-ci ildə ilk xarici ölkə nümayəndəliyi-TRT Almaniya-BerlinvNümayəndəliyi açılıb. Bunu ardınca 1999-cu ildə Türkmənistan-Aşqabad Nümayəndəliyi, 2000-ci ildə Azərbaycan-Bakı Nümayəndəliyi, Misir-Qahirə və Belçika-Brüssel nümayəndəlikləri açılıb. 2002-ci ildə ABŞ-Washington, 2004-cü ildə isə Özbəkistan-Daşkənd büroları fəaliyyətə başlayıb.

BAYRAQDAR MEDİA ailəsi olaraq biz də TRT-nin Azərbaycan Nümayəndəliyinin timsalında TRT-nin rəhbərliyini və heyətini təbrik edir, yeni uğurlar arzulayırıq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.