Press "Enter" to skip to content

Xudafərinin oxşarı olan Xanəgah körpüsü dağılır

Xanəgah körpüsü

BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində yerləşən 400 illik Hacı Məhəmməd Bağır körpüsü kimi tanınan Xanəgah körpüsü dağılmaq təhlükəsi ilə üz-üzədir.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “Şərqi Azərbaycan əyalətinin səlahiyyətli qurumları körpünün dağılmasının qarşısını almaq üçün heç bir tədbir görmür”.

Qeyd edək ki, Hacı Məhəmməd Bağır körpüsü əvvəllər Marağa şəhərini Məlikkəndi (Məlikan), Qoşaçay (Miyandoab)və Sayınqala (Şahindej) şəhərlərinə birləşdirib. Hazırda Xanəgah körpüsünün yanında yeni körpü salındığı üçün ətraf kəndlər arasında keçid üçün istifadə olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.