Press "Enter" to skip to content

Asiya İnkişaf Bankının nümayəndəsi Səhiyyə Nazirliyində

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya üzrə Sektor Qrupunun İnsan Kapitalı və Sosial İnkişaf Departamentinin direktoru Sofiya Şakil ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla AİB arasında səmərəli əməkdaşlığın olduğunu bildirərək, son illər birgə regional fəaliyyətin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Mütərəqqi texnoloji həldən istifadə səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran T.Musayev, sektorun təkmilləşdirilməsinin, xüsusilə də rəqəmsallaşmasının və insan kapitalının inkişaf etdirilməsinin Azərbaycan üçün prioritet məsələ olduğunu bildirib. Nazirin sözlərinə görə, AİB ilə müxtəlif sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübə baxımından xüsusi əhəmiyyət kəsb edir. O, bunu nəzərə alaraq, Nazirliyin sözügedən Bankla əməkdaşlığın genişləndirməsinə önəm verdiyini diqqətə çatdırıb”.

Daha sonra xəbərdə deyilir ki, “səmimi qəbula görə minnətdarlığını bildirən AİB-nin Departament direktoru Azərbaycanın səhiyyə sistemində aparılan innovativ islahatların dəstəkləndiyini vurğulayıb. S.Şakil Bank tərəfindən Azərbaycanla 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlığı Strategiyasının (ÖTS) həyata keçirməsinə başladığını qeyd edib. Onun sözlərinə görə, bu sənəd AİB-Azərbaycan tərəfdaşlığının uzunmüddətli prioritetlərini, o cümlədən səhiyyə sektorunda əməkdaşlıq hədəflərini müəyyən edir. Direktor AİB tərəfindən Azərbaycan səhiyyə sektorunun hər zaman dəstəklənməsinə hazır olduğunu da vurğulayıb”.

Görüş zamanı ÖTS-nin növbəti dövrü ərzində potensial əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.