Press "Enter" to skip to content

Cavad Məhəmmədi Fərd və Əlirza Qənbəri həbs olundu

Cavad Məhəmmədi Fərd və Əlirza Qənbəri

BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Urmu şəhər sakinləri Cavad Məhəmmədi FərdƏlirza Qənbəri barələrində tətbiq edilmiş həbs müddətini çəkmək üçün bir müddət əvvəl saxlanılaraq şəhərin mərkəzi həbsxanasına köçürülüb.

Xəbəri GünAz.TV verib.

Xəbərdə deyilir ki, “onlar 2022-ci ilin noyabrında barələrində açılmış iş üzrə tədqiqatın bitirilməsinə qədər zəmanət kimi mülk sənədi qoyuluşu ilə müvəqqəti azad olunub və bir müddət sonra Cavad Məhəmmədi Fərd 5 il 6 ayadək, Əlirza Qənbəri 6 il 2 ayadək həbsə məhkum olunub”.

Məlumata görə, 2022-ci ilin iyul ayında Cavad Məhəmmədi Fərd “milli təhlükəsziliyə qarşı hərəkət” və “Xameneyi və Xomeyni barədə təhqir” ittihamları ilə, 2022-ci ilin avqust ayında isə Əlirza Qənbəri “hakimiyyətə qarşı qruplarda üzvlük”, “Xomeyniyə təhqir” və “hakimiyyətə qarşı təbliğ” ittihamları ilə saxlanılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.