Press "Enter" to skip to content

Kollecə yeni direktor təyin olunub

Hicran Əyyubova

BAYRAQDAR MEDİA – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) müvafiq əmri ilə Hicran Əyyubova 01 may 2024-cü ildən Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-dan daxil olub.

Xəbərdə bildirilir ki, “H.Əyyubova Azərbaycan Dillər Universitetində bakalavriat, Gəncə Dövlət Universitetində isə magistratura səviyyəsi üzrə təhsil alıb. O, 2006-2022-ci illərdə İ.Şıxlı adına Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim, 16 dekabr 2022-ci ildən isə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbdə direktor vəzifəsində işləyib. İngilis, fransız, türk dillərini bilir”.

Bildirək ki, bir müddət əvvəl Kollecin əvvəlki direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdi.

Qeyd edək ki, sözügedən Agentlik tərəfindən keçirilən monitorinqlərin məqsədi orta ixtisas təhsili müəssisələrində kadr potensialının və tədris prosesinin təkmilləşdirilməsidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.