Press "Enter" to skip to content

VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konqresi başlayıb

Konqres tanınmış sahə üzrə akademik və tədqiqatçıların iştirakı ilə keçirilir

Son yeniləmə: 2 May 2024 10:13

BAYRAQDAR MEDİA – Mayın 2-də Bakıda Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konqresi keçiriləcək.

Bu barədə BAYARQDAR MEDİA-ya UNEC-in Türk Dünyası İktisad Fakültəsindən məlumat verilib.

Bildirilib ki,”bu tədbirin məqsədi bu sahələrdə çalışan akademiklərin və gənc tədqiqatçıların öz fikirlərini, araşdırmalarını və təcrübələrini paylaşa biləcəkləri bir mühit təmin etmək, tələbələrə akademik dəstək olmaq və elmi inkişaflar haqqında danışa biləcəkləri bir platforma formalaşdırmaqdır. 12-13 oktyabr 2017-ci il tarixlərində Səlcuq Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsində I Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konqresi keçirilib. Bu il VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konqresi 2-3 may 2024-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsi ilə birgə hibrid şəkildə keçirilir”.

Qeyd edilib ki, Konqres sosial elmlər sahəsində bütün milli və beynəlxalq araşdırmalara ev sahibliyi etmək, gənc tədqiqatçılara və akademiklərə öz təcrübələrini bölüşmək, mövcud elmi inkişafları müzakirə etmək və bu prinsipə uyğun hazırlanmış araşdırmaları təqdim etmək üçün təşkil edilir: “Bu konqres tanınmış sahə üzrə akademik və tədqiqatçıların iştirakı ilə keçirilir. Əsas sosial elmlər sahəsində təhsil alan bakalavr, magistr və doktorantlar və akademiklər konqresdə iştirak etmək və öz işlərini bölüşmək imkanı əldə edirlər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.