Press "Enter" to skip to content

“YAŞAT” Fondundan daha bir təqdiredici addım

Şəhid Asəf Ağayevin atası Abid Ağayev Vətənə qayıdıb

Son yeniləmə: 2 May 2024 15:51

Fond tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilən Asəf Ağayevin atası Vətənə qayıdıb

BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin və şəhid ailəsi üzvlərinin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 2-də “ASAN xidmət”dən məlumat verilib.

Məlumata görə, şəhid Asəf Ağayevin atası Abid Ağayev müalicəsini tamamlayaraq Vətənə qayıdıb: “Fond göndərilən şəxslərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır. Xatırladaq ki, bu günə qədər Fond tərəfindən 178-i ağır yaralı, 8-i şəhid ailəsi üzvü olmaqla, ümumilikdə 186 şəxsin müalicə məqsədilə Türkiyəyə göndərilməsi təmin edilib. Onların müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Həmin şəxslərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.