Press "Enter" to skip to content

“Fikir və düşüncə sistemimizi özümüz inşa etməliyik”

İmzalanma mərasimindən xatirə fotosu

Son yeniləmə: 4 May 2024 13:19

“Divan Araştırma ve Eğitim Derneği” ilə Sosial Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi tarixi köklərə malik olan Azərbaycan-Türkiyə əlaqələri son vaxtlar daha da inkişaf etməkdədir. Qeyd etmək olar ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki qardaş ölkə arasında əlaqlərdə yeni səhifə açılıb. Heç şübhəsiz bu kontkestdə elmi qurumlar, həmçinin araşdırma və beyin mərkəzləri arasında əlaqələr təkcə iki qardaş ölkənin deyil, ümumilikdə türk dünyasının mənafeyinə xidmət edir.

Görüşdən xatirə fotosu
Görüşdən xatirə fotosu

Elə Türkiyənin nüfuzlu beyin mərkəzlərindən olan “Divan Araştırma ve Eğitim Derneği”nin nümayəndə heyətinin Azərbaycana səfəri, səfər zamanı Sosial Tədqiqatlar Mərkəzində (STM) görüş və əməkdaşlıq memorandumunun imzalanması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Birgə fəaliyyət göstəriləcək bir çox istiqamətlər var

Bununla bağlı BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüş zamanı STM sədri Zahid Oruc qonaqlara Mərkəzin fəaliyyəti, keçirdiyi sorğular, araşdırmalar barədə məlumat verib. Bildirib ki ki, bu günə qədər də Türkiyənin beyin mərkəzləriylə görüşlər keçirilib, əməkdaşlıqlar müzakirə olunub.

Zahid Oruc çıxışında xüsusi olaraq vurğulayıb ki, birgə fəaliyyət göstəriləcək bir çox istiqamətlər var:“Bu gün fikir və düşüncə sistemimizi özümüz inşa etməliyik”.

Düşüncə, fikir adamlarının daha çox tanıdılmasına ehtiyac var

Qeyd olunub ki, bu baxımdan aparılan araşdırmaların, yazılan məqalələrin Türkiyə mediasında da dərc olunmasında fayda var: “Bu halda türk, türk dünyasına aid məsələləri gündəmdə saxlamaq mümkündür”.

Görüş zamanı
Görüş zamanı

Məlumata görə, Zahid Oruc çıxışında Vətən müharibəsində qələbənin önəmindən də bəhs edib: “Qələbənin qorunması daha çox güc tələb edir və bu baxımdan əməkdaşlığa, birgə çalışmalara gərək var. İki qardaş dövlətin informasiya və siyasi məkanlarının birləşdirilməsinə, düşüncə, fikir adamlarının daha çox tanıdılmasına ehtiyac var”.

“Divan Araştırma ve Eğitim Derneği” daha çox insan reusurslarının formalaşdırılmasına üstünlük verir

Məlumatda deyilir ki, sonra “Divan Araştırma ve Eğitim Derneği”nin başqan vəkili Nevzat Kocasaraç çıxış edib. Çıxışı zamanı o, Mərkəzin işləri, tədbirləri barədə ətraflı məlumat verib.

“Divan Araştırma ve Eğitim Derneği”
“Divan Araştırma ve Eğitim Derneği”

Bildirib ki, “Divan Araştırma ve Eğitim Derneği” 20 ildir fəaliyyət göstərir və fəaliyyətində daha çox insan reusurslarının formalaşdırılmasına üstünlük verir.

Məlumata görə, Nevzat Kocasaraç eyni zamanda, insan hüquqlarıyla bağlı da ortaq çalışmaların reallaşdırıla biləcəyini söyləyib.

İki Mərkəzin əməkdaşlığı önəmli işlərə vəsilə ola bilər

Çıxışında beyin mərkəzlərinin önəmini qeyd edən qonaq əməkdaşlıqları artırmağın faydasını da xüsusi vurğulayıb.

Əməkdaşlıq memorandumu imzalanarkən
Əməkdaşlıq memorandumu imzalanarkən

Məlumata görə, görüşdə bildirilib ki, iki dövlətin əlaqələrinin ən yüksək mərhələdə olduğu bir zamanda iki Mərkəzin əməkdaşlığı önəmli işlərə vəsilə ola bilər: “Mərkəz rəhbərləri razılığa gəlib ki, araşdırma hesabatlarının hazırlanmasında, spesifik fəaliyyət sahələrində, durum analizlərinin hazırlanmasında, ortaq məsələlərə dair sosioloji çalışmalarda əməkdaşlıq edilsin”.

Sonda “Divan Araştırma ve Eğitim Derneği” ilə “Sosial Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Məlumat üçün bildirək ki, “Divan Araştırma ve Eğitim Derneği” 2005-ci ildə İstanbulda yaradılmışdır. Qurulduğu gündən etibarən təsis məqsədləri istiqamətində bir çox milli və beynəlxalq fəaliyyətlər həyata keçirmişdir.

Qarşıya bir çox strateji məqsədlər qoyulub

Onu da bildirək ki, bu qurumun təsis edilməsində qarşıya bir çox strateji məqsədlər qoyulub.

Məlumata əsasən, “Divan Araştırma ve Eğitim Derneği” tarixi, mədəni, dini, elmi və sosial sahələrdə cəmiyyətin inkişafına töhfə vermək; bütün sahələrdə təhsil və tədqiqatları dəstəkləmək; yeni nəslin tarixlə əlaqəsini gücləndirmək məqsədi ilə Türkiyənin mədəni sərvətlərinin inkişafına kömək etmək və onları cəmiyyətə çatdırmaq; dünyada, xüsusən də Türkiyədə ekoloji problemlərlə bağlı maarifləndirmə və həssaslığın artırılması üzərində işləmək; insanlar arasında sevgi və qardaşlıq hisslərini inkişaf etdirmək, ehtiyacı olanlara hər cür köməklik göstərmək; Türkiyədə və bütün dünyada insan hüquq və azadlıqlarının qorunmasına, inkişafına və bərqərar olmasına töhfə vermək məqsədilə təsis edilib”.

Məlumat üçün bildirək ki, “Divan Araştırma ve Eğitim Derneği” Türkiyə Könüllü Təşkilatlar Vəqfi (TGTV), İslam Dünyası Qeyri-Hökumət Təşkilatları Birliyinin (UNİT), Milli İradə Platformasının və Beynəlxalq Rabia Platformasının üzvüdür.

Dost, qardaş və qohum toplumlarla davamlı əlaqələr qurmaq missiyası uğurla davam edir

Bir sözlə, vizyon köklərinə bağlı, dünyagörüşlü, sivilizasiyamızın dəyərlərindən qidalanan vətənə və millətinə xidmət etməyi hədəfləyən nəsillərin yetişdirilməsinə töhfə vermək olan “Divan Araştırma ve Eğitim Derneği” yarandığı vaxtdan həm də üzərinə götürdüyü missiyanı da uğurla yerinə yetirir.

Bu missiya isə Türkiyənin yerləşdiyi mədəni coğrafiyanın hər yerində dost, qardaş və qohum toplumlarla davamlı əlaqələr quraraq “hər sahədə və hər miqyasda birlik” anlayışı ilə Türkiyənin liderliyi ilə yeni sivilizasiyanın qurulması istiqamətində çalışmaqdan ibarətdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.