Press "Enter" to skip to content

“Xalq Əmanəti” layihəsinin növbəti nəşri

Xalq Əmanəti

BAYRAQDAR MEDİA – Mayın 3-də Bakıda Xalq Bankın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrinin təqdimatı keçirilib.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya tədbirin təşkilatçıları verib.

Xəbərdə deyilir ki, “nəşr azərbaycanlı rəssam Cahid Camala həsr olunub. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bədii albom rəssamın həyat və yaradıcılığına nəzər salır, onun irsini açıqlayır. Görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirak etdiyi gecədə çıxış edənlər kitabın zəngin mənbə olduğunu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınması istiqamətində xüsusi rol oynayacağını bildirib, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunması sahəsində əhəmiyyətindən danışıblar”.

Qeyd edək ki, “Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində bu günədək bir çox rəssamların, şairlərin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Həmçinin layihə çərçivəsində nəşr olunan kitablar Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.