Press "Enter" to skip to content

 ATƏT Aşqabadda təlim keçirəcək

ATƏT

Son yeniləmə: 6 May 2024 10:46

BAYRAQDAR MEDİA – ATƏT-in Aşqabaddakı Mərkəzi media nümayəndələr üçün təlim keçiriəcək.
Təlimdə ənənəvi və rəqəmsal media üçün informasiya və tematik materialların hazırlanmasından bəhs ediləcək.

Bu barədə orient.tm saytı məlumat yayıb.

Bildirilib ki, “təlim mayın 8-dən 10-dək ATƏT Mərkəzinin binasında keçiriləcək. İnformasiya portallarının nümayəndələrinə Belarus Respublikasından olan beynəlxalq ekspertlər Vitali Ruqeyn və Böyük Britaniyadan Marek Bekkerman tərəfindən təlim və ustad dərsi keçiriləcək”.

Təlimdə həmçinin iştirakçılar jurnalistikada süni intellektin istifadəsi ilə bağlı perspektivləri və çətinlikləri müzakirə edəcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.