Press "Enter" to skip to content

Batı Trakyada Hıdırellez Bahar Şənlikləri

Hıdırellez Bahar Şənlikləri

Son yeniləmə: 6 May 2024 09:21

BAYRAQDAR MEDİA – Batı Trakya Azınlığı Güney Meriç Eğitim ve Kültür Derneği ənənəvi Hıdırellez Bahar Şənlikləri çərçivəsində Musaköydə soydaşları bir araya gətirib.

Bu barədə Millet Gazetesi məlumat yayıb.

Bildirilib ki, “tədbir Batı Trakya Türk Öğretmenler Birliği baş katibi Şerafettin Hurşitin moderatorluğu və Batı Trakya Azınlığı Güney Meriç Eğitim ve Kültür Derneğinin sədri Mahmut Hüseynin açılış nitqi ilə başlayıb. Mahmut Hüseyn bütün iştirakçılara və dərnək rəhbərliyinə əməyinə görə təşəkkür edib. O, məqsədlərinin bu cür tədbirlərlə türk kimliyini, adət-ənənələrini gələəcək nəsillərə çatdırmaq olduğunu deyib”.

Məlumata görə, sonra Batı Trakya Azınlığı Yüksek Tahsilliler Derneği sədri Hüseyin Baltacı çıxış edib: “O, çıxışında Musaköyə ilk dəfə gəldiyini deyibvə İskeçedən bölgə xalqına səmimi salamlar çatdırıb. Analoji tədbirlərin İskeçenin Ilıca kəndində də keçirildiyini xatırladan H.Baltacı Musaköy və Ilıca kəndlərinin qardaş kənd olmasını arzuladığını bildirib”.

Tədbirdə həmçinin Batı Trakya türklərinin Dostluk Eşitlik Barış Partiyasının (DEP) Asafoğlu çıxış edərək 9 iyunda keçiriləcək Avropa Parlamenti seçkilərində partiya olaraq iştirak etdiklərini və işlərinin intensiv şəkildə davam etdiyini bildirib.

Məlumatda deyilir ki, tədbir çərçivəsində çoxsaylə mədəni proqramlar təqdim edilib.
Eyni zamanda Musaköy yaxınlığındakı Palamutluk bölgəsində Hıdırellez Bahar Şənliyi müxtəlif tədbirlərlə davam edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.