Press "Enter" to skip to content

Əməkdar rəssamın yubileyinə mühazirə

Mühazirə sonrası xatirə şəkli

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibəti ilə “Xalçalarda yaşayan tariximiz” adlı mühazirə təşkil olunub.

Bu haqda sözügedən Muzeyin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “eyniadlı sərgi çərçivəsində keçirilən mühazirədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Dürdanə Qədirova sənətkarın zəngin yaradıcılıq yolundan, əsərlərindən bəhs edib. O, T.Bəşirovun özünəməxsus dəsti-xətti ilə təkrarolunmaz sənət nümunələri ərsəyə gətirdiyini, əsərləri ilə daim müxtəlif yeniliklərə imza atdığını vurğulayıb. T.Bəşirov isə müəllifi olduğu orijinal xalçalar, onların üzərindəki naxışların daşıdığı mənalardan danışıb”.

Mühazirədən sonra isə “Xalçaçı günü” münasibəti ilə Muzeydə ilk dəfə xovsuz xalça növü olan cecim üzrə ustad dərsi keçirilib. Qeyd edək ki, bu, Ənənəvi texnologiya şöbəsi tərəfindən dirçəldilən növbəti xovsuz xalçatoxuma texnikasıdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.