Press "Enter" to skip to content

Özbəkistanda folklor festivalı keçirildi

Boysun Bahori

BAYRAQDAR MEDİA – Keçmişin folklor irsini tanıtmaq və təqdim etmək məqsədi ilə qardaş Özbəkistanın Mədəniyyət Nazirliyi, Surxandərya Vilayət Hakimiyyəti, ölkənin Turizm Komitəsinin təşəbbüsü, UNESCO və TÜRKSOY-un dəstəyi ilə Vilayətin Boysun rayonunda yeddinci “Boysun Bahori” folklor festivalı keçirilib.

Bu barədə xəbəri BAYRAQDAR MEDİA-ya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi verib.

Xəbərdə deyilir ki, “gözəllik və sənət bayramında Özbəkistanın müxtəlif vilayətlərindən gələn musiqi kollektivləri, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Rumıniya, Böyük Britaniya, ümumiyyətlə dünyanın 16 ölkəsindən dəvət olunan folklorşünaslar, mədəniyyət və incəsənət xadimləri, səyyahlar iştirak edib. Festival çərçivəsində milli geyimlər, musiqi alətləri, milli yeməklər, xalq sənəti nümunələri, təsviri və tətbiqi sənət əsərlərindən ibarət sərgilər təşkil olunub, güləş üzrə yarışlar keçirilib. Qonaqlar Boysun sənətkarlarının toxuduğu xalçalarla, hazırladıqları xalq çalğı alətləri – dombra, çankovuz, sıbızqı və s. ilə tanış olublar. Festivalda sənətkarların əl işlərinin hazırlanma texnologiyasını öyrənmək məqsədilə ustad dərsləri də təşkil olunub”.

Festivalda Azərbaycan adına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi iştirak edib.

Qeyd edilir ki, festival 2002-ci ildən təşkil olunur, 2008-ci ildə UNESCO Boysun mədəniyyətini bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.