BAYRAQDAR MEDİA – Azərbaycana qarşı əsassız çıxış edən İran parlamentinin radikal millət vəkili Cəlal Rəşidi Kuçiyə bir qrup qaşqay türkü vərəqələr paylayaraq sərt reaksiya verib.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı “Araz News”a istinadla verib.
Xəbərdə deyilir ki, sərt xəbərdarlıq mətni yer alan vərəqələrdə yazılıb: “Cəlal Rəşidi Kuçi! Azərbaycan türklərinə qarşı təhdid bizə, yəni qaşqay türklərinə qarşı hədədir. Sizə xəbərdarlıq edirik ki, bu boş danışığınıza son qoyun! Səbrimizin də həddi var və əgər həddi aşsanız, peşmanlığın acı dadını dadacaqsınız. Yaşasın Azərbaycan, Yaşasın Qaşqayi!”.
Millət vəkili buyaxınlarda sosial şəbəkə hesablarının birində təklif irəli sürərək bildirmişdi ki, “sionistlərin hər hansı ad altında İran ərazisinə hücumuna qətiyyətli və bənzər cavabın gecikdirilməsi, səbri və ləngiməsi İranın böyük adının nüfuz və şərəfinə vurulan ağır zərbəyə bərabərdir. Mənim təklifim odur ki, region ölkələrinin birində, yaxşı olar ki, Azərbaycanda sionistlərin diplomatik mərkəzlərindən birinə açıq-aşkar və birbaşa hücum edək”.