Press "Enter" to skip to content

Türkmənistanda Azərbaycanın milli yeməkləri təqdim olunub

Festival zamanı

Son yeniləmə: 6 May 2024 10:30

BAYRAQDAR MEDİA – Mayın 4-də Aşqabad Beynəlxalq Məktəbində “Beynəlxalq Qida Festivalı” keçirilib.

Festivalda Azərbaycanın Türkmənistandakı səfirliyi də Azərbaycan adından təmsil olunub.

Bu barədə orient.tm saytına Azərbaycan səfirliyindən məlumat verilib.

Bildirilib ki, “festivalda Azərbaycanın Türkmənistandakı səfirliyi üçün nəzərdə tutulmuş yerdə iştirakçılara ölkənin milli mətbəxinin ləziz təamları və şirniyyatları təklif olunub. Qonaqlara ölkənin milli xörəkləri və şirniyyatları haqqında məlumat verilib”.

Məlumata görə, tədbirdə həmçinin Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanlarına aid kitablar və broşürlər nümayiş etdirilərək paylanılıb: “Tədbirdə Azərbaycanın turizm saytı olan azerbaijan.travel ilə bağlı bannerlər nümayiş etdirilib. Ölkənin milli yeməkləri, açıqcalar, suvenirlər, sənət nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.