Press "Enter" to skip to content

Ulduz futbolçu istefa verib Güneylilərə müraciət etdi

Rəsul Xətibi

BAYRAQDAR MEDİA – Tanınmış futbolçu və Təbrizin “Maşınsazi” futbol komandasının keçmiş baş məşqçisi Rəsul Xətibi sosial media hesabında Tehranın Azərbaycan və azərbaycanlılar üçün qərar verməsini doğru hesab etməyib.

Bu barədə xəbəri GünAz.TV verib.

Rəsul Xətibi bildirib ki, “Azərbaycanımız üçün paytaxtda oturanlar deyil, azərbaycanlılar qərar verməlidir. Arxayın olun ki, belə olmadığı müddətcə heç bir inkişaf və irəliləyiş olmayacaq, qeyrət və təəssübdən danışırıq, ancaq yadlara pərəstiş edirik”.

Məlumata görə, ulduz futbolçunun paylaşımı Güney Azərbaycanlı sosial media istifadəçilərin dəstəyini qazansa da fars və farspərəst istifadəçilərin qəzəbi ilə qarşılaşıb.

Qeyd edilir ki, Rəsul Xətibi 1978-ci ildə Təbrizdə anadan olub. Bir müddət “Traxtur” komandasında oynayıb, komandanın baş məşqçisi olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.