Press "Enter" to skip to content

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat

Son yeniləmə: 6 May 2024 14:18

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) “Young Learners” (Azyaşlı öyrənənlər)
kvalifikasiya imtahanlarına qeydiyyat elan edir.

DİM-in bu barədə məlumatında qeyd edilir ki, imtahan 6 iyul 2024-cü il tarixində keçiriləcək.

Məlumata görə, imtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 21 may 2024-cü ildir: “Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur. Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında LinguaSkill imtahanlarını təşkil edir”.

Məlumatda deyilir ki, “imtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz. Ətraflı məlumat üçün bu poçt ünvanına müraciət edə bilərsiniz”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.