Press "Enter" to skip to content

“Əbədiyyətin ilk əsri” sənədli filmi

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Xəbərdə deyilir ki, “Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Vüqar İskəndərov və Jalə Əhmədova iştirak edib”.

Məlumata görə, sonda Heydər Əliyevin həyat yolundan bəhs edən “Əbədiyyətin ilk əsri” sənədli filmi təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.