Press "Enter" to skip to content

Kərkük Beynəlxalq Maarif Okulunda buraxılış mərasimi

Buraxılış mərasimi zamanı

Son yeniləmə: 7 May 2024 15:48

BAYRAQDAR MEDİA – Türkiyənin Maarif Vəqfinin (TMV) İraqın Kərkük şəhərində fəaliyyət göstərən Kərkük Beynəlxalq Maarif Okulunda buraxılış mərasimi keçirilib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumata görə, mərasimdə təhsilini başa vuran ibtidai sinif şagirdlərinə diplomlar təqdim olunub.

Təhsil ocağının direktoru Asım Asaroğlu verdiyi açıqlamada Kərkük Maarif Okulunun 6 illik ibtidai məktəbi bitirərək orta məktəbə keçən ilk məzunlarını yetişdirdiyini söyləyib: “İlk buraxılış mərasimini keçirdiklərini bildirən A.Asaroğlu, məzun olan şagirdlərin İraq İbtidai məktəbi buraxılış imtahanlarına da qatılacaqlarını bildirib.

Şagirdlərinin çox çalışdığını, müəllimlərinin çox çalışdığını, ailələrinin çox həyəcanlı olduğunu izah edən A.Asaroğlu bütün şagirdlərə uğurlar arzulayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.