Press "Enter" to skip to content

“Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər

Yanğın təhlükəsizliyi təlimləri

BAYRAQDAR MEDİA – Yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədi ilə Şahdağ Milli Parkının Qəbələ, Oğuz, Quba, Qusar bölməsində, Türyançay və Zaqatala Dövlət Təbiət qoruqlarında Fövqəladə Hallar Nazirliyi Regional Dövlət Yanğın Nəzarəti İdarəsi əməkdaşları, bələdiyyələr, ictimaiyyət nümayəndələri və kənd sakinlərinin iştirakı ilə “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “təlimlərdə yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.