Press "Enter" to skip to content

“Sağlamlıq və xoşbəxtlik həyatın ən qiymətli xəzinəsidir”

Tədbirin afişası

Bu deviz altında fəaliyyət göstərən İnsun Yaşam Mərkəzi mühüm tədbirə hazırlaşır

BAYRAQDAR MEDİA – “Sağlamlıq və xoşbəxtlik həyatın ən qiymətli xəzinəsidir. Lakin bəzən həyatımızın sürətli temposu içərisində sağlıq və xoşbəxtlik üçün lazım olan amilləri unuduruq. İnsun Yaşam Mərkəzi ruh, bədən, zehin üçləmində fəaliyyətini davam etdirərək, sağlam, hüzurlu və xoşbəxt həyatın əhəmiyyətini insanlara çatdırmaq üçün müxtəlif proqramlar, tədbirlər təşkil etməyə davam edir.”.

Bu barədə BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan məlumat verilib.

Bildirilib ki, mayın 26-da “INSUNx: Sağlam Həyat, Hüzur və Xoşbəxtlik” adlı tədbir həyata keçiriləcək: “Mayın 26-da Nizami Kino Mərkəzində Yaşam Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə, “ INSUN X: Sağlam Həyat, Hüzur və Xoşbəxtlik” adlı tədbir həyata keçiriləcək. Tədbir çərçivəsində bioloq və nevroloq olan Prof. Dr.Sinan Canan, psixoloq Ferhat Aydın, ginekologiya və doğuş mütəxəssisi Opr.Dr Ayşe Duman kimi peşəkar, zəngin təcrübələri olan mütəxəssislər bir araya gələrək, sağlam, hüzurlu və xoşbəxt həyat haqqında ruhlandırıcı, fərqinədlik yaradacaq hekayələr təqdim edəcəklər. “INSUN X” tədbiri sağlam yaşamağın əsas prinsiplərini öyrənmək, daxili rahatlığı tapmaq və xoşbəxtliyi kəşf etmək istəyən hər kəs üçün fürsət təqdim edir”.

Məlumatda, həmçinin “bu tədbir təkcə bədənimizi və zehnimizi sağlam saxlamayacaq, həm də daxili potensialımızı üzə çıxaracaq və həyatımıza məna qatacaq praktiki məlumat və texnikalar verəcək. Sağlamlıq və xoşbəxtlik dolu həyat üçün 26 may tarixində Nizami Kino Mərkəzində görüşək” deyə əlavə edilib.

Qeyd edək ki, tədbir barədə ətraflı məlumat və qeydiyyat üçün İnsun Yaşam Mərkəzinin rəsmi saytına və iticket.az saytına daxil ola bilərsiniz.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.