BAYRAQDAR MEDİA – İyunun 5-də mədəniyyət naziri Adil Kərimli Avstriyanın Azərbaycandakı səfiri Tomas Şuller-Getzburg ilə görüşüb.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, görüşdə “nazir iki ölkə arasında əlaqələrdən söz açıb. Qeyd edib ki, Azərbaycan və Avstriya arasında müxtəlif sahələrdə yaxşı əməkdaşlıq mövcuddur, Azərbaycan mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlıdır. Görüş zamanı kino, muzey və kitabxana işi, tarixi və mədəni irsin qeydiyyatı, qorunması, bərpası, habelə yaradıcı sənaye sahələrində bilik və təcrübə mübadiləsinin aparılması imkanları nəzərdən keçirilib. Söhbət zamanı bədii təhsil üzrə tələbə mübadiləsi və mədəni irsin idarə edilməsi ilə bağlı kadr hazırlığı məsələləri də müzakirə olunub”.





