Press "Enter" to skip to content

Bu məktub mühüm əhəmiyyət kəsb edir

Levent Kutay

Levent Kutay: Ercan Beynəlxalq Hava Limanına birbaşa hava reyslərinin açılması ilə bağlı dəstəyin ifadə edilməsi son illərdə şahidi olduğumuz ən əhəmiyyətli diplomatik təşəbbüslərdən biridir

BAYRAQDAR MEDİA – “Böyük Britaniyada aralarında hakim Mühafizəkarlar Partiyasının və ana müxalifətdəki Leyboristlər Partiyasının deputatları da olduğu müxtəlif siyasi partiyalardan olan 54 deputatın xarici işlər naziri Devid Kemerona Kıbrısla bağlı məktubu mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, məktubda İngiltərədən Kıbrıs adasının ən böyük hava limanı olan Ercan Beynəlxalq Hava Limanına birbaşa hava reyslərinin açılması ilə bağlı dəstəyin ifadə edilməsi son illərdə şahidi olduğumuz ən əhəmiyyətli diplomatik təşəbbüslərdən biridir”.

İngiltərədə KKTC ilə bağlı mühüm addım

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında BRT-də xəbər proqramının aparıcısı, Haber Kıbrıs  yazarı Levent Kutay deyib.

Onun sözlərinə görə, Azərbaycanın və digər türk dövlətlərinin KKTC ilə bağlı addımları Türkiyənin dəstəyi ilə gündən-günə artarkən, bu mövzuya baxış daha da genişlənərkən, dünyanın super güclərinin bu əməkdaşlığa məhəl qoymadığını düşünmək səhv olar. Kıbrısın üç qarant ölkəsindən biri olan İngiltərənin dövlət siyasəti Kıbrıs məsələsinə həll yolu tapmaq perspektivinin federal həllə əsaslanan bir model olduğu halda, parlament daxilində belə bir kütləvi addım atılması sıradan bir məsələ deyil. Bu İngiltərənin indiyə qədərki siyasətinin perspektibini sual altına almış olacaq.

Qeyd edilib ki, bu məqamda İngiltərənin keçmiş xarici işlər naziri Cek Strounun KKTC-nin tanınması çağırışını xatırlamaq yerinə düşər: “Zaman keçdikcə bir çox türk dostu millət vəkilləri köhnəlmiş tezislər əvəzinə yeni ideyalar irəli sürurlər. Çünki ortada bir həqiqət var. Kıbrıs türklərinin məruz qaldığı təcrid və haqsız hücumlar aradan qalxmadıqca Kıbrısda irəliləyiş ola bilməz. Kıbrıs türklərinin adı yaşayış hüquqları təmin edilmədən, birbaşa uçuş, idman və mədəni embarqolar qaldırılmadan Kıbrısda həll yolu mümkün olmayacaq. Dünya birlyi, o cümlədən İngilətrə iki xalqın birlikdə yaşamasında israr etmək əvəzinə, əməkdaşlıq sahələrini genişləndirsələr və ortaq problemlərə ortaq həll yolları axtarsalar, Kıbrısda daimi razılaşma əldə oluna bilər. Bu həqiqəti İngiltərə siyasətini və diplomatiyasını gündən-günə daha yaxşı başa düşdüyünü görərək hesab edirik ki, bu, həmin ölkənin Kıbrısla bağlı siyasətini gözdən keçirməyə imkan verəcək yeni addımlar atmasına səbəb olacaq. Bu, həmçinin Türkiyə-İngiltərə münasibətləri, o cümlədən Akdeniz və regional sülh üçün son dərəcə əhəmiyyətli olacaq”.

Mission News Theme by Compete Themes.