BAYRAQDAR MEDİA – Sənaye, aviasiya, dəmiryolu və turizm şəhəri kimi tanınan Eskişehirin eyni zamanda “tələbə şəhəri” və “universitet şəhəri” ünavnı var.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “Türkiyənin ən enerjili və gənc şəhərlərindən biri olan Eskişehirdə üç dövlət universiteti var: Anadolu Universiteti, Eskişehir Osmangazi Universiteti və Eskişehir Texniki Universiteti. Tibb səyahətinə Anadolu Universiteti ilə başlayan və Eskişehir Osmangazi Universiteti (ESOGÜ) ilə davam edən Eskişehir tibb təhsilində ciddi bir infrastruktura malikdir. Şəhərin bu sahədə yarım əsrə yaxın təcrübəsi var”.
Məlumata görə Şəhər Xəstəxanasının açılması ilə potensialını daha da yüksəldən Eskişehirdə ikinci tibb fakültəsinin açılması da gündəmdədir: “Şəhər Xəstəxanası bu yöndə mühüm addım atıb. Tədris və Araşdırma Xəstəxanası nəzdində qurulacaq Sağlık Bilimleri Universitetinin Tibb Fakültəsi əsas tibb elmləri sahəsində xidmətlər göstərəcək”.




