BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Qaradağ, Ərdəbil və Xalxal bölgələrindəki meşələrdə nadir ağac növləri qırılaraq başqa şəhərlərə göndərilir.
Bu barədə xəbəri GünAz.TV yerli ətraf mühit fəallarına istinadla yayıb.
Xəbərdə deyilir ki, “məsələnin ictimailəşməməsi üçün həmin ağaclar gecə saat 24-dən sonra daşınır. Fəallar həmin nadir ağacların sənaye müəssisələrinə daşındığını və yerli məmurların buna göz yumduqlarını bildirib. Onlar qeyd edib ki, bu miqyasda aparılan iş İranın Kənd Təsərrüfatı Təşkilatının xəbəri olmadan mümkün deyil”.





