BAYRAQDAR MEDİA – İyunun 8-də saat Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşarın yeni çap olunmuş “Adını çəkirəm” şeirlər kitabının təqdimatı keçiriləcək. Saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək tədbirə giriş sərbəstdir.
Bu barədə BAYRAQDAR MEDİA-ya təşkilatçılardan məlumat verilib.
Qeyd edilib ki, İntiqam Yaşarın bu vaxta qədər “İlk görüş” (Bakı,2012), “…və susarsan”(Bakı,2016), “Evdə yoxam”(Bakı, 2018), “Bütün xatirələr sənə qalacaq”(Təbriz, 2020) şeir kitabları çap olunub.





