Press "Enter" to skip to content

Kərim Vəliyev Özbəkistanda səfərdədir

Kərim Vəliyevə yüksək diqqət

BAYRAQDAR MEDİA – Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Özbəkistana rəsmi səfəri davam edir.

Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən verilib.

Xəbərdə deyilir ki, “səfər çərçivəsində Daşkənd şəhərindəki “Qələbə parkı” abidə kompleksi ziyarət olunub, “İlhaq” abidəsinin önünə əklil qoyularaq ehtiram nümayiş etdirilib. Azərbaycan nümayəndə heyəti “Çimqan” Dağ hazırlığı üzrə təlim-tədris mərkəzinə gələrək buranın infrastrukturu və tədris-maddi bazası ilə tanış olub. Daha sonra Özbəkistan Silahlı Qüvvələrinin Akademiyası ziyarət olunub. Kərim Vəliyev Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb”.

Məlumata görə, Kərim Vəliyev Akademiyanın fəaliyyəti barədə ətraflı məlumat aldıqdan sonra yaradılan şəraitlə tanış olub.

Mission News Theme by Compete Themes.