Press "Enter" to skip to content

Məşhur reper Təbriz zindanına aparıldı

Milad Cəlili (Elşən)

BAYRAQDAR MEDİA – İyunun 6-sı səhər saatlarında Güney Azərbaycanlı repçi Milad Cəlili (Elşən) “Biz susduqca…” repinə görə Təbriz zindanına aparılıb.

Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “O, Təbriz İnqilab Məhkəməsində “pantürk separatçı” məhkumların xeyrinə siyasi rep musiqisi ifa etməklə dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edilib”.

İyunun 5-də reper həbsxanaya getmədən öncə Instagram hesabında video paylaşaraq siyasi mövzuda rep ifa etdiyi üçün həbs olunduğunu deyib.

Sosial mediada geniş yayılan sözügedən repdə Güney Azərbaycanın müxtəlif bölgələrindən olan milli məhbusların adları sadalanır, hakimiyyətlə yanaşı milli-mədəni fəalların həbsinə biganə qalan azərbaycanlılar da qınanılır.

Qeyd edək ki, bundan əvvəl reper 2023-cü il noyabrın 28-də İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunsa da yanvarın 29-da istintaq prosesi başa çatana qədər 300 milyon tümən (5 min 500 ABŞ dolları) girov qarşılığında Təbrizin mərkəzi zindanından müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Mission News Theme by Compete Themes.