BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı ədiblərin Qarabağla bağlı olan şeir və hekayələri “Öncə Vətən (Güneydən Qarabağa)” antologiyasında toplanaraq nəşr edilib.
Bu barədə xəbəri Bütöv Azərbaycan Ocaqlarının Mətbuat Xidməti yayıb.
Xəbərdə deyilir ki, ““Antologiya” seriyasında nəşr edilmiş 184 səhifəlik kitabda Azərbaycanın Güneyindən olan şair və yazarların Qarabağa həsr edilmiş şeirləri və hekayələri toplanıb. Antologiyanın tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova və əslən Azərbaycanın Güneyinin Təbriz şəhərindən olan şair Əli Çağladır”.
Vurğulanıb, “əsərin texniki redaktoru Fidan Nəcəfovadır. Kitabın dizaynı və qrafikası Teymur Fərziyə aiddir”.
Məlumata görə, kitab “Yarasa” nəşriyyatında çap edilib.









