BAYRAQDAR MEDİA – Regional Ekologiya və Təbii Sərvətlər idarələrinin əməkdaşları tərəfindən 5 İyun – Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd icra nümayəndəliyində, Zaqatala rayon Car kənd 1 nömrəli tam orta məktəbdə, Şirvan şəhər 16 saylı tam orta məktəbdə, Bərdə şəhəri N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə, R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya məktəbində, Zaqatala rayon Uzunqazmalar kənd ümumi orta məktəb və Qandax kənd V.Saatov adına tam orta məktəbdə, Şəki Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbirlər keçirilib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “tədbirlər zamanı iştirakçılara Ümumdünya Ətraf Mühit Gününün keçirilməsinin əhəmiyyəti, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyi barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb”.





