BAYRAQDAR MEDİA – 2024-cü ilin may ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 5,1% artıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 6-da Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “beləliklə, ötən ilin may ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 453,1 manat idisə, 2024-cü ilin müvafiq dövründə bu məbləğ artaraq 476,1 manat təşkil edib”.





