BAYRAQDAR MEDİA – Təhsildə Keyfiyyət Təminatı Agentliyi cari il ərzində daha 6 yeni peşə ixtisası üzrə bilik, bacarıq, təcrübə və səriştənin qiymətləndirilməsi üçün texniki baza formalaşdırıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması həyata keçirilən kvalifikasiyaların sayı 20-dən 26-ya çatdırılıb”.





