Press "Enter" to skip to content

Azərbaycan Orta Asiya dövlətləri üçün etibarlı tranzit ölkədir

Dövlət başçıları

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-da Astanada keçiriləcək Orta Asiya Dövlət Başçılarının VI Məşvərət Görüşündə iştirak edəcək.

Azərbaycan Prezidenti Qazaxıstana səfər edəcək

Bu barədə “Kazinform” Azərbaycanın Qazaxıstandakı səfirliyinə istinadən məlumat yayıb.

Öz növbəsində orient.tm saytı səfər çərçivəsində Azərbaycana Orta Asiyada xüsusi marağın olduğunu qeyd edib.

Saytın məlumatında deyilir: “Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun (KİSS) Asiya Tədqiqatları şöbəsinin baş eksperti Bauyrjan Auken Kazinform agentliyinə müsahibəsində Azərbaycanın Orta Asiya üçün önəminə toxunub. Bauyrjan Auken qeyd edib ki, Orta Asiya ilə Azərbaycanı xalqlar arasında çoxəsrlik əlaqələr birləşdirir. Onun sözlərinə görə, ümumi mədəni köklər dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsi və genişlənməsi üçün möhkəm zəmin yaradır”.

Məlumata görə, Bauyrjan Auken Transxəzər beynəlxalq nəqliyyat marşrutunun region ölkələri üçün əhəmiyyətini də qeyd edib: “Azərbaycan Doğu-Batı marşrutu üzrə Orta Asiya ölkələri üçün etibarlı tranzit ölkədir. Burada Asiya ilə Avropa arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi də ümühm rol oynayır. Bu layihə çərçivəsində Xəzər dənizinin dibi ilə regionda rəqəmsallaşma və rabitə xidmətlərinin inkişafına mühüm töhfə verəcək fiber-optik rabitə xəttinin çəkilməsi planlaşdırılır”.

Sayt onu da xatırladıb ki, Prezident İlham Əliyev 2023-cü ilin sentyabrında Düşənbədə keçirilən Orta Asiya Dövlət Başçılarının V Məşvərət Görüşündə də iştirak edib.

Mission News Theme by Compete Themes.