Press "Enter" to skip to content

Müstəqil Bosniya və Herseqovinanın ilk prezidenti

Aliya İzzetbeqoviç

Aliya İzzetbeqoviç anadan olmasının 99-cu ildönümündə dərin ehtiramla anılır

BAYRAQDAR MEDİA – “Nə edirsən et, soyqırımı unutma. Çünki unudulan soyqırım təkrarlanacaq”.

Bu sözləri ilə tanınan Aliya İzzetbeqoviçin avqustun 8-də anadan olmasının 99-cu ildönümüdür. O, yenə də rəhmət və ehtiramla anılır.

Bu barədə timebalkan.com saytı məlumat yayıb.

Bildirilib ki, “ömrünü müsəlman bosniyalıların azadlıq mübarizəsinə həsr edən, bu məqsədlə yazdığı məqalə və düşüncələrə görə həbs olunan a.İzzetbeqoviç 8 avqust 1925-ci ildə Bosniya və Herseqovinanın Bosanski Samac şəhərində anadan olub. Mustafa və Habanın 5 övladından biri olan İzzetbeqoviç uğrunda mübarizə apardığı vətəndə müstəqil Bosniya və Herseqovinanın ilk prezidenti oldu”.

Məlumata görə, ömrü boyu doğma torpağının işğalına və müsəlman kimliyinin davamlı olaraq rədd edilməsinə şahid olan A.İzzetbeqoviç ideya sahəsində mübarizəsini davam etdirmiş, məqalələr və kitablar yazmışdır.

Mission News Theme by Compete Themes.